Xəzər Xəbər

Avropa liqası: "Qarabağ" APOEL-ə qarşı

İdman | 10:30 • 7 Noyabr 2019
Avropa liqası: "Qarabağ" APOEL-ə qarşı

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə görüşəcək.

Bu, Qurban Qurbanovun yetirmələrinin II dövrədə ilk qarşılaşması olacaq. Üç turdan sonra 4 xalla A qrupunda 2-ci pillədə qərarlaşan "Qarabağ" 1/16 final şanslarını çətinə salmamaq üçün səfərdə uduzmamalıdır.

Çempionlar Liqasında APOEL-i səfərdə 2:1 hesabı ilə məğlub edən ağdamlılar eyni uğuru təkrarlamaq əzmindədir. Qələbə ölkə çempionunu 1/16 finala bir addım da yaxınlaşdıracaq. Heç-heçə də "Qarabağ"ı ikincilik mübarizəsində daha şanslı saxlayacaq.

Qeyd edək ki, turun digər oyununda "Düdelanj" "Sevilya" ilə görüşəcək. İspaniya klubu bu turdan asılı olaraq nəinki 1/16 finala vəsiqəni, hətta 1-ci yeri də təmin edə bilər.

Avropa Liqası

Qrup mərhələsi

IV tur, A qrupu

7 noyabr

21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

Baş hakim:Manuel Şuttenqruber

Baş hakimin köməkçiləri:Roland Brandner, Robert Steynaşer

Dördüncü hakim:Kristofer Yaqer (hamısı Avstriya)

Hakim-inspektor:Georgios Bíkas (Yunanıstan)

UEFA nümayəndəsi:Ariel Kennet Şeyman (İsrail)

Nikosiya. GSP stadionu

1

Sevilya

3

3

0

0

7-0

9

2

Qarabağ

3

1

1

1

6-6

4

3

Düdelanj

3

1

0

2

5-10

3

4

APOEL

3

0

1

2

5-7

1

Xəbər lenti