Xəzər Xəbər

"Formula 1"in qalibi müəyyənləşdi

İdman | 10:31 • 4 Noyabr 2019
"Formula 1"in qalibi müəyyənləşdi

"Mercedes" pilotu Lüis Hemilton 6-cı dəfə "Formula 1" üzrə dünya çempionu adını qazanıb.

Britaniyalı sürücü buna vaxtından əvvəl nail olub.

ABŞ Qran-prisində 2-ci yeri tutan 34 yaşlı idmançı sona iki Qran-pri qalmış çempionluğunu təmin edib. ABŞ Qran-prisində finişə "Mercedes"in digər pilotu Valtteri Bottas çatıb. Üçüncü yeri isə "Red Bull"dan Maks Ferstappen tutub.

Xəbər lenti