Xəzər Xəbər

İngiltərə Premyer Liqasında 11-ci turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 10:03 • 3 Noyabr 2019
İngiltərə Premyer Liqasında 11-ci turun növbəti oyunları keçirilib -

Noyabrın 2-də futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, son çempion "Mançester Siti” öz meydanında "Southemton” komandasını qəbul edib. Mançester təmsilçisi hesabda 1:0 hesabla geridə olsa da, ardıcıl iki qol vuraraq qələbə qazanıb.


"Mançester Siti”nin əzəli rəqibi "Liverpul” isə səfərdə eyni hesabla "Aston Villa” komandasını məğlub edib - 2:1.


Turun gözlənilməz hesabı "Vitality” stadionunda qeydə alınıb. "Mançester Yunayted” klubu səfərdə "Bournemouth” komandasına məğlub olub - 1:0.


Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb.


"Arsenal” - "Volvethrmton” - 1:1;


"Brayton” - "Norviç Siti” - 2:0;


"Şeffild Yunayted” - "Börnli” - 3:0;


"Vest Ham” - "Nyukasl Yunayted” - 2:3;


"Vatford” - "Çelsi” - 1:2.


Qeyd edək ki, tura noyabrın 3-də iki oyunla yekun vurulacaq.

Xəbər lenti