Xəzər Xəbər

İngiltərə klublarından darmadağın, “Qalatasaray”... ÇL-də GECƏNİN NƏTİCƏLƏRİ

İdman | 09:47 • 23 Oktyabr 2019
İngiltərə klublarından darmadağın, “Qalatasaray”...

Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turuna start verilib.

XəzərXəbər xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılıb.

Qitənin ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi "Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın "Real Madrid” klubunu qəbul edib. Görüş madridlilərin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 18-ci dəqiqədə Toni Kros olub.

A qrupunda mübarizə aparan "Cim-bom” bu nəticədən sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. "Real Madrid” isə 4 xalla ikinci yerdədir.

Bu qrupun digər matçı Belçikada oynanılıb. Fransanın PSJ səfərdə "Brügge”nin qonağı olub. Görüş fransızların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 0:5.

Üç oyunun hamısında meydanı qələbə ilə tərk edən PSJ qrupda liderliyini davam etdirir. İki xalı olan "Brügge” üçüncü yerdədir.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

Çempionlar Liqası
III tur

A qrupu
"Qalatasaray" (Türkiyə) - "Real Madrid" (İspaniya) - 0:1

Qol:Toni Kroos, 18


"Brügge" (Belçika) - PSJ (Fransa) - 0:5

Qollar:Mauro İkardi, 7, 63, Kilian Mbappe, 61, 79, 83

B qrupu
"Olimpiakos" (Yunanıstan) - "Bayern" (Almaniya) - 2:3

Qollar:Yussef Əl-Ərəbi, 23, Qilyerme, 79 - Robert Levandovski, 34, 62, Korentin Tolisso, 75


"Tottenhem" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 5:0

Qollar: Harri Keyn, 9, 72, Son Hın-Min, 16, 44, Erik Lamela, 57

C qrupu
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2

Qollar: Yevgeni Konoplyanka, 16, Dodo, 75 - Daniel Olmo, 25, Mislav Orşiç, 60 (pen.)

"Mançester Siti" (İngiltərə) - "Atalanta" (İtaliya) - 5:1

Qollar: Serxio Aquero, 34, 38 (pen.), Rahim Sterlinq, 58, 64, 69 - Ruslan Malinovski, 28 (pen.)

Qırmızı vərəqə: Fil Fonden, 83 ("Mançester Siti")

D qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0

Qol:Alvaro Morata, 78


"Yuventus" (İtaliya) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:1

Qollar:​Paulo Dibala, 77, 79 - Aleksey Mirançuk, 30


Xəbər lenti