Xəzər Xəbər

De Xea: "Mançester Yunayted"də ən çətin günlərimi keçirirəm"

İdman | 14:59 • 7 Oktyabr 2019
De Xea: "Mançester Yunayted"də ən çətin günlərimi keçirirəm"

Premyer Liqanın 8-ci turunda "Nyukasl"a 0:1 hesabı ilə uduzan "Mançester Yunayted"in qapıçısı David De Xea oyundan sonra açıqlama verib.

"Sky Sports" xəbər verir ki, ispaniyalı qolkiper komandanın zəif oynadığınıdeyib:

"Artıq nəsə etmək lazımdır. Zədəlilər bəhanə ola bilməz. Biz "Mançester Yunayted"ik. Çalışmaqvə savaşmaq məcburiyyətinədyik. Ardıcıl qələbələr qazanmaq lazımdır. Oyunumuzda inkişaf etdirməli olduğumuz çox məqam var. Son iki oyunda qol vurmamışıq. Heç real qol şansı da yaartmırıq. Bu qəbul edilən durum deyil. Nə deyəcəyimi də bilmirəm. Burada ən çətin günlərimikeçirirəm. Niyə bu vəziyyətdə olduğumuzu bilmirəm. Azarkeşlərdən üzr istəyirəm. Döyüşə davam edəcəyik, buna söz verirəm".

"Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 9 xalla 12-ci sırada qərarlaşıb.

Xəbər lenti