Xəzər Xəbər

“Sevilya”nın futbolçusu: “Qarabağ”la qarşılaşmada qələbə qazanmağa çalışacağıq

İdman | 09:41 • 19 Sentyabr 2019
“Sevilya”nın futbolçusu: “Qarabağ”la qarşılaşmada qələbə qazanmağa çalışacağıq

Qələbə qazanacağımıza ümid edirik. Diqqətimizi bunun üzərinə cəmləmişik və bütün gücümüzü ortaya qoyacağıq. Oyuna kollektiv şəkildə hazırlaşmışıq.


Xezerxeber.az xəbər verir ki, bunu "Sevilya”nın futbolçusu Serxio Eskudero "Qarabağ”la qarşılaşacaqları UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçı ərəfəsində təşkil olunmuş mətbuat konfransında deyib.


30 yaşlı müdafiəçi deyib: "Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Bu xüsusilə də səfər meydanında çox çətindir. Amma yenə də qələbə qazanmağa çalışacağıq”.


Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

Xəbər lenti