Xəzər Xəbər

"Qarabağ" - "Sevilya" matçında anşlaq olacaq

İdman | 17:42 • 17 Sentyabr 2019
"Qarabağ" - "Sevilya" matçında anşlaq olacaq

"Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlər tükənmək üzrədir.


XəzərXəbər klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma üçün artıq 2 min bilet qalıb. Oyun üçün satışa 30 min bilet çıxarılıb.


Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.


Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

Xəbər lenti