Xəzər Xəbər

Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək

İdman | 11:17 • 15 Sentyabr 2019
Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə "Keşlə” "Səbail”i qəbul edəcək.


Turun son oyunu çempionluğa 2 əsas namizəd – "Qarabağ” və "Neftçi” arasında olacaq. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.


Premyer Liqa


IV tur


15 sentyabr (bazar)


18:00. "Keşlə” – "Səbail”


"Bakcell Arena”


20:30. "Qarabağ” – "Neftçi”


Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər lenti