Xəzər Xəbər

Arda Turanla bağlı məhkəmənin qərarı açıqlanıb

İdman | 13:09 • 11 Sentyabr 2019
Arda Turanla bağlı məhkəmənin qərarı açıqlanıb

Türkiyə milli komandasının futbolçusu Arda Turanın məhkəməsi olub.


Xezerxeber.az-ın məlumatına görə, bu gün futbolçuya hökm oxuyan məhkəmə onu 2 il 8 ay 15 gün həbs cəzası verib.


Arda Turan qorxu və panika yaradacaq şəkildə odlu silahdan atəş açmaq, icazəsiz silah gəzdirmək və bilərəkdən adam yaraladığı üçün belə cəzaya məruz qalıb. Bu cinayətlərə görə məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.


Qeyd edək ki, futbolçu müğənni Berkayla arasında ötən il arasında yaşanan qalmaqala görə məhkəmə önünə çıxıb. Müğənni həyat yoldaşı Özləm Şahinlə əyləncə məkanlarından birində olarkən Arda Turan xanıma yaxınlaşaraq söz atıb və bu aralarında qalmaqala səbəb olub.

Xəbər lenti