Xəzər Xəbər

Xorvatiya millisinin ulduzu Təmkini Messiylə müqayisə etdi

İdman | 13:24 • 10 Sentyabr 2019
Xorvatiya millisinin ulduzu

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda 1:1 hesablı heç-heçə edən Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç oyundan sonra açıqlama verib.

HNTV xəbər verir ki, Moskvanın ÇSKA klubunun futbolçusu Təmkin Xəlilzadənin qoluna maraqlı şərh verib:

"Çox böyük şanslarımız var idi, onları qola çevirə bilmədik. Qapıçıları möhtəşəm idi. Daha sonra sərbəst oynamağa başladılar. Çıxması çətin olan vəziyyətə düşdük. Yekunda möhtəşəm qol vurdular. Həmin adamın isə Lionel Messi olduğu ortaya çıxdı. Söyləmək nə qədər də çətin imiş. Çox məyus olduq".

21 yaşlı futbolçu Azərbaycan millisinin qapıçısı Emil Balayevin inamlı oyununa da toxunub:

"İşləri necə çətinləşdirdiyimizi bilirsiniz. Əvvəlki nəsil də burda xal itirib. Zərbələrimiz qapıya ünvanlanırdı, ancaq qapıçı qola imkan vermirdi. Rəqib qolkiper lazım olan yerdə dururdu. Splitdə Macarıstanla oyunu gözləyirik".

Xəbər lenti