Xəzər Xəbər

“Zirə” İsveçrə “Syon”unun sabiq futbolçusu ilə müqavilə imzalayıb

İdman | 13:55 • 13 İyul 2019
“Zirə” İsveçrə “Syon”unun sabiq futbolçusu ilə müqavilə imzalayıb

Bakının "Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.


Paytaxt təmsilçisi Miloş Bakraçla anlaşıb.


27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Monteneqrolu futbolçu bundan öncə "Syon”(İsveçrə), "Budnçost” (Monteneqro), "Travnik” (Bosniya və Hersoqovina), "Sutyeska” (Monteneqro), "Jelezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib.

Xəbər lenti