Xəzər Xəbər

Afrika Millətlər Kuboku ilə bağlı şok iddia: qapıçını rüşvətlə razı salıblar

İdman | 12:54 • 6 İyul 2019
Afrika Millətlər Kuboku ilə bağlı şok iddia: qapıçını rüşvətlə razı salıblar

Afrika Millətlər Kubokunun qrup mərhələsinin son turunda DR Konqo millisinin Zimbabveni 4:0 hesabı ilə məğlub edərək, ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala yüksəldiyi oyunla bağlı şok iddia yayılıb.

XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, Konqonun ən zəngin adamlarından hesab edilən və ölkənin "TP Mezembe" klubunun sahibi olan Moyze Katumbinin matçdan əvvəl zimbabvelilərin qapıçısı Eris Çipezezeyə rüşvət verdiyi iddia olunub.

Katumbinin Çipezezeyə böyük miqdarda pul ödədiyi və yüksəködənişli transfer söz verdiyi xəbərdə qeyd ediilib.

Moyze Katumbinin sahibi olduğu klub iki həftə öncə iki futbolçunu Belçika klubuna satıb. Bundan əlavə DR Konqo yığmasının bir neçə üzvü Belçika klublarında çıxış edir.

Xəbər lenti