Xəzər Xəbər

"Çelsi"nin yeni baş məşqçisi "Səbail"in futbolçusunu istəyir

İdman | 14:07 • 5 İyul 2019
"Çelsi"nin yeni baş məşqçisi "Səbail"in futbolçusunu istəyir

"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən İngiltərəyə qayıda bilər.


"Çelsi"nin yeni baş məşqçisi Frenk Lempard 37 yaşlı yarımmüdafiəçini komandada görmək istəyir. Amma baş məşqçi onun xidmətində futbolçu yox, məşqçi kimi maraqlıdı.


Qeyd edək ki, Essyenin "Səbail"lə 2019/20 mövsümünün sonuna qədər müqaviləsi var. Qana millisinin sabiq üzvü 2005-2014-cü illərdə "Çelsi"də çıxış edib. Həmin müddətdə Lempard da komandanın formasını geyinib.


Fanat.Az

Xəbər lenti