Xəzər Xəbər

"Yuventus"un yeni baş məşqçisi rəsmən açıqlandı

İdman | 18:12 • 16 İyun 2019
"Yuventus"un yeni baş məşqçisi rəsmən açıqlandı

"Yuventus"un yeni baş məşqçisi açıqlanıb.


XəzərXəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisini "Çelsi"dən ayrılan Mauritsio Sarri çalışdıracaq. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.


"Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur. O, bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.


Qeyd edək ki, Sarri ötən ay Bakıda Avropa Liqasının qalibi olub.


Xəbər lenti