Xəzər Xəbər

PSJ-dən 19 yaşlı futbolçuya fantastik təklif "Barsa" geri çəkildi

İdman | 15:43 • 14 İyun 2019
PSJ-dən 19 yaşlı futbolçuya fantastik təklif

PSJ "Ayaks"ın kapitanı Mattis de Liqtə yeni təklif göndərib.


Paris klubu 19 yaşlı futbolçuya illik 12 milyon avro təklif edib. Məlumata görə, de Liqt PSJ-yə keçməyə yaxındı.


Onu "Barselona" və "Yuventus" da heyətinə qatmağa çalışırdı. Amma Kataloniya klubu illik 6, Turin təmsilçisi 10 milyon avro maaş təklif edib. Məlumata görə, PSJ-nin son təklifindən sonra "Barselona" geri çəkilib. Fransa klubunun "Ayaks"a da 75 milyon avro təklif etdiyi deyilir.


Fanat.Az

Xəbər lenti