Xəzər Xəbər

Şeydayev azarkeşlərdən üzr istədi

İdman | 10:52 • 13 İyun 2019
Şeydayev azarkeşlərdən üzr istədi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyük hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

XəzərXəbər xəbər verir ki, futbolçu bu haqda feysbuk səhifəsində bildirib.

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim", - o yazıb.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində ötən gün keçirilən matçda Azərbaycan millisi slovaklara 5:1 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu Şeydayev vurub.


Xəbər lenti