Xəzər Xəbər

"Real" Xamesin transfer qiymətini müəyyənləşdirdi

İdman | 16:00 • 11 İyun 2019
"Real" Xamesin transfer qiymətini müəyyənləşdirdi

"Real" "Napoli"nin transfer hədəfində olan Xames Rodriqesin təzminat qiymətini müəyyənləşdirib.

"Corriere dello Sport" xəbər verir ki, Madrid klubu kolumbiyalı yarımmüdafiəçinin keçidi üçün 42 milyon avro tələb edir.

Xəbərdə 27 yaşlı futbolçunun neapolluların bir nömrəli transfer hədəfi olduğu vurğulanıb. Baş məşqçi Karlo Ançelotti Xamesin transferini rəhbərlikdən tələb edib.

"Bayern" 2017-ci ildə Ançelottinin istəyilə icarəyə gördüyü futbolçunu birdəfəlik almaqdan imtina etdi və o, bu yay "Real"a döndü.

Qeyd edək ki, "Real" Rodriqesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib.

Xəbər lenti