Xəzər Xəbər

Qrizmann yeni klubunu müəyyənləşdirdi 120 milyon avro

İdman | 12:19 • 11 İyun 2019
Qrizmann yeni klubunu müəyyənləşdirdi

"Atletiko"dan ayrılacağını açıqlayan Antoine Qrizmann gələn mövsüm oynayacağı klubu müəyyənləşdirib.


Bu barədə fransalı futbolçu özü açıqlama verib.


"Gələn mövsüm harda oynayacağımı bilirəm. Qərarımı vermişəm. Yaxın günlərdə rəsmi açıqlama olacaq" deyib.


Qeyd edək ki, iyulun 1-dən sonra Qrizmannın müqaviləsindəki sərbəst qalma maddəsi 200 milyon avro olacaq. Həmin vaxta qədər isə onu 120 milyon avroya almaq mümkündü. Fransalı futbolçu iyulun 1-dək məhz bu məbləğə transfer olunacaq. Onun "Barselona" və PSJ-nin maraq dairəsində olduğu bildirilir.


Fanat.Az

Xəbər lenti