Xəzər Xəbər

“Arsenal”dan PSG-nin futbolçusuna 5 illik təklif

İdman | 15:07 • 1 İyun 2019
“Arsenal”dan PSG-nin futbolçusuna 5 illik təklif

PSJ-nin futbolçusu Tomas Munye karyerasını İngiltərədə davam etdirə bilər.

Belçikalı müdafiəçi "Arsenal”ın diqqət mərkəzinə düşüb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. "Arsenal” 27 yaşlı oyunçuya 5 illik müqavilə təklif edəcək.

PSJ ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan Munye, Premyer Liqada oynamağa müsbət yanaşır. Müdafiənin sağ cinahında çıxış edən futbolçu Belçika millisinin də üzvüdür.

Xəbər lenti