Xəzər Xəbər

İtaliya klubu İqor Tudorla bağlı qərar verdi

İdman | 12:52 • 30 May 2019
İtaliya klubu İqor Tudorla bağlı qərar verdi

İtaliya A Seriyasında qalmağı bacaran "Udineze" klubu baş məşqçisi İqor Tudorla bağlı qərar verib.

XəzərXəbər "Sky Italia"ya istinadən xəbər verir ki, klub rəhbərliyi xorvatiyalı çalışdırıcını postunda saxlayıb. 41 yaşlı mütəxəssisin müqaviləsi 1 il uzadılıb.

Tudor mövsümün sonlarında David Nikolanın əvəzinə "Udineze"nin baş məşqçisi təyin edilib. Udine təmsilçisi Tudorun rəhbərliyi altında keçirdiyi 10 matçın 5-dəqalibgəlib, 3-də heç-heçə edib.

Xəbər lenti