Xəzər Xəbər

"Beşiktaş"dan ayrıldığını açıqladı

İdman | 12:33 • 27 May 2019
"Beşiktaş"dan ayrıldığını açıqladı

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq baş verib.

İstanbul klubunun qış fasiləsində "Borussiya"dan icarəyə götürdüyü Şinji Kaqava komandadan ayrılıb. Yaponiyalı yarımmüdafiəçi "instagram" hesabında bu barədə məlumat yayıb.

"Çempionluğu qaçırdığımız üçün üzgünəm. Komandaya istədiyim performansda kömək edə bilmədim. Türkiyədəki azarkeşlər hər zaman xatirələrimdə yer alacaq", - deyə 30 yaşlı futbolçu qeyd edib.

Kaqava "Beşiktaş"da 14 oyuna 4 qol vurub, 2 assist edib.

Xəbər lenti