Xəzər Xəbər

“Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə RƏSMİ

İdman | 12:57 • 26 May 2019
“Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə

Türkiyə çempionu "Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb.

XəzərXəbər Komanda.az-a istinadən xəbər verir ki, 66 yaşlı təcrübəli mütəxəssislə imzalanan yeni müqaviləyə əsasən o, daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.

Bunu klubun prezidenti Mustafa Çengiz açıqlayıb. O, "Qalatasaray"ın 22-ci Super Liqa çempionluğunun qeyd olunması mərasimində çıxış edərək Terimlə anlaşma barədə məlumat verib. Ardından Terim hər kəsin gözü qarşısında yeni müqaviləyə imza atıb.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də "sarı-qırmızılar"ı çalışdıran Terim 2017-ci ildə İstanbul nəhənginə qayıdıb.

Xəbər lenti