Xəzər Xəbər

"Lill"in Pepe üçün tələb etdiyi rekord məbləğ

İdman | 18:07 • 23 May 2019
"Lill"in Pepe üçün tələb etdiyi rekord məbləğ

Fransanın "Lill" klubunda sərgilədiyi oyunla böyük klubların radarına düşən Nikolas Pepe yayda komandasnı dəyişəcək.

"L'Equipe" nəşri xəbər verir ki, Liqa 1 klubu 23 yaşlı vingeri transfer etmək istəyən klublardan ən azı 80 milyon avro tələb edir.

Bu transferdə ən istəkli klublar "Mançester Yunayted", "Arsenal", "Bayern" və PSJ-dir.

"Lill"in baş məşqçisi Kristof Qaltye Pepenin klubdan ayrılacağını açıqlamışdı.

"Lill" Pepeni 2017-ci ildə "Anje"dən 10 milyon avroya transfer edib. Kot-d-İvuar millisinin üzvü bu mövsüm Liqa 1-də 36 oyuna 20 qol vurub, 11 assist edib.

Xəbər lenti