Xəzər Xəbər

Toni Kroos “Real” klubu ilə müqavilənin müddətini 2023-cü ilədək uzadıb

İdman | 10:48 • 21 May 2019
Toni Kroos “Real” klubu ilə müqavilənin müddətini 2023-cü ilədək uzadıb

Almaniyalı futbolçu, Madridin "Real” komandasının yarımmüdafiəçisi Toni Kroos bu klubla müqaviləsinin müddətini 2023-cü ilin iyununadək uzadıb. Bu barədə "Real Madrid” klubu elan edib.


Klubun bəyanatında "Real Madrid”lə Toni Kroosun müqavilənin müddətinin 2023-cü il iyunun 30-dək uzadılması barədə razılığa gəldikləri bildirilir.


29 yaşlı Kroos Madridin "Real” klubuna "Bavariya”dan 2014-cü ildə 25 milyon avro müqabilində keçib. O, Madrid klubu ilə ilkin müqaviləni 2020-ci ilədək imzalayıb, 2016-cı ildə müqavilə daha iki il müddətinə uzadılıb.


2014-cü ildə futbol üzrə dünya çempionatında qalib gələn Kroos "Real Madrid”də keçirdiyi 233 oyunda 13 qolun müəllifidir. O, beş mövsüm ərzində 12 titula sahib olub.

Xəbər lenti