Xəzər Xəbər

Türkiyə Superliqasının XXXIII turuna yekun vurulub

İdman | 10:06 • 21 May 2019
Türkiyə Superliqasının XXXIII turuna yekun vurulub

Mayın 20-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turuna yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun son oyunlarında "Ərzurumspor" və "Ankaragücü" öz meydanlarında müvafiq olaraq "Fənərbağça" və "Sivasspor”la üz-üzə gəliblər.


"Kazım Qarabəkir" stadionunda keçirilən "Ərzurumspor" – "Fənərbağça” görüşü gərgin hücumlarla yadda qalsa da, birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissəyə fəal başlayan İstanbul təmsilçisi görüşün 59-cu dəqiqəsində Viktor Mozesin penalti zərbəsindən vurduğu qol sayəsində hesabda önə keçib – 0:1. Oyun elə bu hesabla başa çatıb.


Ankarada keçirilən "Ankaragücü" - "Sivasspor" matçında isə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.


Qeyd edək ki, "Qalatasaray” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. "Fənərbağça" isə 43 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər lenti