Xəzər Xəbər

Danışılmış oyunların üstü açıldı - Menecer həbs olundu

İdman | 15:35 • 12 Oktyabr 2018
Danışılmış oyunların üstü açıldı - Menecer həbs olundu
Baş məşqçinin isə ifadəsi alınıb

Futbol üzrə Belçika çempionatının yüksək dəstəsində danışılmış oyunlar qeydə alınıb.

Bu barədə ölkə prokurorluğunun təşkil etdiyi mətbuat konfansında bildirilib. Araşdırmalar nəticəsində "Mexelen” klubunun aşağı liqaya düşməsinin qarşısının alınması məqsədi ilə bəzi matçların nəticəsinə müdaxilə edildiyi üzə çıxıb.

Şübhəlilərə aid evlərdə və iş yerlərində aparılan axtarış zamanı 9 milyon dollar dəyərində qızıl-zinət əşyaları və 4 milyon dollar dəyərində saatlar tapılıb. Həmçinin, 10 klubda axtarış həyata keçirilib, 2 hakim və "Brügge”nin baş məşqçisi İvan Lekonun ifadəsi alınıb, bir menecer isə həbs olunub.

Qeyd edək ki, "Mexelen” ötən mövsüm Belçika I liqasında sonuncu yeri tutub və aşağı liqaya düşüb. (Report)

Xəbər lenti